Əlilliklə bağlı göndərişlərin rəsmiləşdirilməsində yenilik


Digərləri 24 Apr 2019 17:27:46 241 0

Əlilliklə bağlı göndərişlərin rəsmiləşdirilməsində yenilik

Yeni göndəriş forması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Agentlik arasında razılaşdırılmaqla, Səhiyyə Nazirliyi tərəfindən təsdiq ediləcək.

Bakı. Əlilliyin qiymətləndirilməsinə dair gələn ilin əvvəlindən tətbiqi nəzərdə tutulan yeni meyarlara əsasən, əlilliklə bağlı göndərişlərin rəsmiləşdirilməsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən də həyata keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, dövlət səhiyyə sisteminə daxil olan bir sıra tibb müəssisələrinin həmin Agentliyin nəzdindəki “TƏBİB” (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) publik hüquqi şəxsin tabeliyinə verilməsi ilə əlaqədardır. Əlilliyin qiymətləndirilməsi üçün yeni göndəriş forması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Agentlik arasında razılaşdırılmaqla, Səhiyyə Nazirliyi tərəfindən təsdiq ediləcək.