Aİ və Azərbaycan yeni saziş çərçivəsində ticarət məsələlərini müzakirə edir


Digərləri 24 Apr 2019 17:17:09 201 0

Aİ və Azərbaycan yeni saziş çərçivəsində ticarət məsələlərini müzakirə edir

Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq barədə yeni saziş çərçivəsində ticarət məsələləri ilə bağlı müzakirələr keçirilir

Bakı. Ləman Zeynalova - Bakıda Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlıq barədə yeni saziş çərçivəsində ticarət məsələləri ilə bağlı müzakirələr keçirilir. Bunu Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən bildiriblər. Məlumata əsasən, müzakirələr Avropa Komissiyasının ticarət məsələləri üzrə nümayəndəsi Petros Sormelisin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə keçirilir. Qeyd edək ki, 2016-cı ilin noyabrında Aİ Şurası Avropa Komissiyasına Azərbaycanla hərtərəfli sazişin hazırlanması üzrə Aİ üzv ölkələri adından danışıqlar aparmağa mandat verib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin