Finlandiyalı mütəxəssislər Milli Hidrometeorologiya Departamentində treninq keçirib (FOTO)


Digərləri 24 Apr 2019 16:26:00 257 0

Finlandiyalı mütəxəssislər Milli Hidrometeorologiya Departamentində treninq keçirib (FOTO)

Milli Hidrometeorologiya Departamentinin əməkdaşlarına Finlandiya Meteorologiya İnstitutunun mütəxəssisləri tərəfindən treninq keçirilib.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin (MHD) əməkdaşlarına Finlandiya Meteorologiya İnstitutunun (FMİ) mütəxəssisləri tərəfindən treninq keçirilib. ETSN-dən Trend-ə verilən məlumata görə, treninqin keçirilməsində məqsəd MHD-nin fəaliyyətinin təkmilləşdirilməsi, idarəçilik sisteminin optimallaşdırılmasında beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsidir. Treninqdə FMİ-nin ekspert xidmətinin direktoru Harri Pietarila Departamentin struktur bölmələrinin mütəxəssislərinə Finlandiyada istifadə olunan radar müşahidə sistemləri, proqnoz metodları, erkən xəbərdarlıq sisteminin iş prinsipləri və müxtəlif ölkələrdə həyata keçirilmiş layihələrlə bağlı geniş məlumat verib.