Azərbaycana xüsusi "kitayski" ipəkqurdu toxumları gətirilib FOTO


Digərləri 24 Apr 2019 16:17:00 351 0

Azərbaycana xüsusi "kitayski" ipəkqurdu toxumları gətirilib  FOTO

2019-cu ildə ölkədə yaş barama istehsalının 800 tona çatdırılması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından 20000 qutu hibrid ipəkqurdu sənaye toxumları (qrena) gətirilib.

KTN-dən Son.az-a verilən məlumata görə, ölkəyə gətiriləcək hibrid tut ipəkqurdu sənaye toxumlarının keyfiyyətinə nəzarətin gücləndirilməsi, cinslər üzrə toxum materialının seçiminin düzgün aparılması, yarana biləcək çətinliklərin yerində həll edilməsi məqsədi ilə Nazirliyin Təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov, Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev, Zərdab Rayon İcra Hakimiyyəti başçısının  müavini Pərvin Mahmudova və "Azəripək" MMC-nin direktoru Nizami Qəribov 16-23 aprel tarixlərində Çin Xalq Respublikasına ezam olunublar.

Səfər çərçivəsində nümayəndə heyəti Şandon əyalətində fəaliyyət göstərən Super elit, elit, hibrit ipəkqurdu toxumu istehsalı müəssisələrinin fəaliyyəti, maddi texniki bazası ilə yaxından tanış olub və yeni intensiv üsulla salınmış tut plantasiyalarına baxış keçirilib.   Qeyd edək ki, bu şirkətlərin istehsal etdiyi ipəkqurdu toxumlarının bir hissəsi yerli  tələbat üçün istifadə olunur, qalan hissəsi isə Özbəkistan, Tacikistan və Azərbaycana ixrac edilir.


Xəbərə aid fotolar