Kapital Bank Cocuq Mərcanlıda keçirilən yarışmaya dəstək göstərib


Digərləri 24 Apr 2019 13:50:16 205 0

Kapital Bank Cocuq Mərcanlıda keçirilən yarışmaya dəstək göstərib

Kapital Bank, Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən keçirilən “Qələbəyə doğru” kuboku uğrunda uşaqlar arasında intellektual oyununa dəstək göstərib.

Bakı. Kapital Bank, Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən keçirilən “Qələbəyə doğru” kuboku uğrunda uşaqlar arasında intellektual oyununa dəstək göstərib. Tədbirdə AQUPDK sədrinin müavini Aynur Sofiyeva, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Kapital Bank-ın mətbuat katibi Pərviz Sədrəddinov və digər şəxslər iştirak edib. Tədbir iştirakçıları Horadiz şəhərində olan “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edərək, şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Bilik yarışında Füzuli, Cəbrayıl, Tərtər, Ağdam, Kəlbəcər, Xocavənd, Laçın və Beyləqan rayonlarının komandaları iştirak edib. Münsiflər heyətinin müşayiəti ilə keçirilən bilik yarışında uşaqların dünyagörüşü, Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı, həmçinin elmi nailiyyətlər və kəşflər sahəsində bilikləri müəyyənləşdirilib.