Şiə və sünni din xadimləri Lənkəranda birgə namaz qılıblar FOTO


Digərləri 24 Apr 2019 12:53:00 290 0

Şiə və sünni din xadimləri Lənkəranda birgə namaz qılıblar  FOTO

Azərbaycanın şimal və cənub bölgəsindən olan din xadimləri birgə namaz qılıblar.

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə "Vəhdət dəyərimizdir" layihəsi çərçivəsində Lənkəran şəhərində həyata keçirilən və 23-25 aprel tarixlərini əhatə edən seminar davam edir. Seminarda Quba, Qusar, Siyəzən, Şabran, Xaçmaz, Masallı, Yardımlı, Astara, Lerik və Lənkəran rayonlarından olan dini icma sədrləri və din xadimləri iştirak edir.

Fonddan Son.az-a verilən məlumata görə, seminar çərçivəsində Azərbaycanın Şimal və Cənub bölgəsindən olan din xadimləri Lənkəran şəhəri Böyük Bazar "Cümə" məscidi və Kiçik Bazar "Hüseyniyyə" məscidində birgə namaz qılıblar.


Xəbərə aid fotolar