Azərbaycanda yeni elektron hökumət portalı işə salınacaq


Digərləri 24 Apr 2019 12:07:00 260 0

Azərbaycanda yeni elektron hökumət portalı işə salınacaq

Gələn ay Azərbaycanda yeni elektron hökumət portalı (mygov.az) işə salınacaq

Bakı. Xeyrəddin Nəsirzadə - Gələn ay Azərbaycanda yeni elektron hökumət portalı (mygov.az) işə salınacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib. O qeyd edib ki, “mygov.az” saytında “ASAN Pay” xidmətlərindən yararlanmaq mümkün olacaq. Portal vasitəsilə vətəndaşlar sistemə qoşulmuş müxtəlif struktur və şirkətlərin xidmətlərindən istifadə edəcək.