Azərbaycanda qızılcaya yoluxma halları azalıb


Digərləri 24 Apr 2019 11:54:00 213 0

Azərbaycanda qızılcaya yoluxma halları azalıb

Mart ayının sonundan Azərbaycanda qızılcaya yoluxma hallarının sayında azalma müşahidə olunur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycanda qızılcaya yoluxma 2018-ci ilin noyabrın son günlərindən qeydə alınmağa başlayıb: "Xəstəliyin yayılması bu ilin yanvar və fevral aylarında daha çox müşahidə edilib. Bu il yanvar ayında Azərbaycanda 106, fevralda 110, martda 23 yoluxma halı baş verib. Aprel ayında yoluxma sayının 20-yə yaxın olacağı gözlənilir".