Azərbaycanda pensiya sisteminin inkişafına dair 5 illik plan hazırlanır (FOTO)


Digərləri 24 Apr 2019 11:51:00 202 0

Azərbaycanda pensiya sisteminin inkişafına dair 5 illik plan hazırlanır (FOTO)

Pensiya sisteminin inkişafına dair 5 illik planın hazırlanmasına dair PwC beynəlxalq məsləhətçi şirkətinin nümayəndələrinin də iştirakı ilə seminar keçirilir

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə pensiya sisteminin inkişafına dair 5 illik planın hazırlanmasına dair seminar keçirilir. Seminarda dünyanın tanınmış məsləhətçi şirkətlərdindən biri olan “PricewaterhouseCoopers” (PwC) şirkətinin Hollandiyadan dəvət edilmiş konsultantları da iştirak edir. Nazirlikdən Trend-ə verilən məlumata görə, seminarın açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial sahə ilə bağlı uğurlu islahatlar proqramı, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlar barədə qonaqlara məlumat verib. Nazir müavini ötən dövrdə sosial təminat sisteminin gücləndirilməsi və həmçinin əhatə dairəsinin genişləndirilməsinin ölkədə aparılan sosial siyasətin əsas istiqamətlərindən olduğunu qeyd edib. O, həmin sistemin əsas komponentlərindən olan və respublika əhalisinin 13 faizlik bir hissəsini, yəni 1,3 milyon vətəndaşı əhatə edən pensiya təminatında əhəmiyyətli irəliləyişlərə nail olunduğunu vurğulayıb. Bildirib ki, dövlət başçısının tapşırıqları əsasında aparılan islahatlar bir tərəfdən pensiya məbləğlərinin getdikcə artmasına, digər tərəfdən, bu sahədə idarəçilik və xidmətlərin innovativ əsasda qurulmasına imkan verib.