Bakıda aeroport yoluyla şəhərə gələnlər ehtiyatlı olsunlar


Digərləri 24 Apr 2019 11:31:00 244 0

Bakıda aeroport yoluyla şəhərə gələnlər ehtiyatlı olsunlar

AAYDA-dan Son.az-a verilən məlumata görə, Bakı şəhərində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Heydər Əliyev prospekti, Beynəlxalq Hava Limanı yol qovşağından şəhər istiqamətinə üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılır.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Yusif Nəsirli Son.az