Qərbi Kaspi Universitetində daha bir elmi konfrans keçirilib


Digərləri 24 Apr 2019 11:30:00 201 0

Qərbi Kaspi Universitetində daha bir elmi konfrans keçirilib

Qərbi Kaspi Universitetində “Xalqın keçmiş tarixi, etnogenezi, sosial əlaqələrinin öyrənilməsində onomastik vahidlər” mövzusunda Respublika elmi konfransı keçirilib.

Bakı. Qərbi Kaspi Universitetində “Xalqın keçmiş tarixi, etnogenezi, sosial əlaqələrinin öyrənilməsində onomastik vahidlər” mövzusunda Respublika elmi konfransı keçirilib. Trend-in məlumatına görə, konfransa Qərbi Kaspi Universiteti ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, AMEA Nəsimi adına Dilçilik və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitututları, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Mühəndislik Universiteti, Heydər Əliyev adına AAHM, Sumqayıt Dövlət Universitetinin mütəxəssisləri, tədiqatçıları qatılıb. Konfarnsın açılışında çıxış edən Qərbi Kaspi Universitetinin rektoru, professor Andres Leitas universitetin müxtəlif elm sahələri üzrə tədiqatların aparılmasına xüsusi diqqət yetirdiyini qeyd edib: “Universitetin intellektual bazasını elmi tədqiqata yönləndirməyi düşünürük. Məqsədimiz yüksək səviyyəli təhsil standartlarını qorumaq və şaxələndirməklə yanaşı nəinki regionda, bütün dünyada tanınan nüfuzlu tədqiqat universitetinə çevrilməkdir”. A.Leitas universitetin son illərdə həyata keçirdiyi proqramlar barədə məlumat verib, yeni qurulan unikal laboratoriya və mərkəzlərin tələbələrin daha yüksək keyfiyyətli təhsil almaq, praktik biliklərə yiyələnmək baxımından əhəmiyyətini qeyd edib.