Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin onlayn qeydiyyatı sürətləndirəcək


Digərləri 24 Apr 2019 11:33:00 237 0

Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin onlayn qeydiyyatı sürətləndirəcək

2019-cu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı ümumilikdə 4643 müraciət daxil olub.

Bakı. 2019-cu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı ümumilikdə 4643 müraciət daxil olub. Bu barədə Agentliyin mətbuat katibi Aysel Fərziyeva Trend-ə açıqlamasında məlumat verib. Bildirib ki, müraciətlərdən 147-i “ilkin istehsal”, 553-ü “istehsal (emal)”, 17-i “qablaşdırma”, 27-i “saxlanma”, 3-ü “daşınma”, 441-i “topdan satış”, 2636-ı “pərakəndə satış” və 819-u “ictimai iaşə” fəaliyyət istiqaməti ilə bağlı olub.