Nobel prospektində piyadanı vurub öldürən sürücü saxlanılıb


Digərləri 24 Apr 2019 11:38:00 185 0

Nobel prospektində piyadanı vurub öldürən sürücü saxlanılıb

Aprelin 22-də Xətai rayonunun Nobel prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Aprelin 22-də Xətai rayonunun Nobel prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib. Saat 23 radələrində yolu keçərkən “Audi” markalı avtomobillə vurulmuş paytaxt sakini Şamo Ağayev hadisə yerində ölüb. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, faktla əlaqədar Xətai Rayon Polis İdarəsi əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlayıblar.