28 il sonra komadan ayıldı


Digərləri 23 Apr 2019 22:41:00 209 0

28 il sonra komadan ayıldı

Keçirdiyi qəzadan sonra 28 il komada olan qadın sağalıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan Munira Abdulla 1991-ci ildə 4 yaşında olarkən avtomobil qəzası keçirib və komaya düşüb.

Uzun illər öz ölkəsində və İngiltərədə müalicə olunub, daha sonra Almaniyaya aparılıb. Orada mütəxəssislərin səyləri nəticəsində onu komadan ayıltmaq mümkün olub.