3 şey Allahın xüsusi inayətindəndir


Digərləri 23 Apr 2019 22:50:00 187 0

3 şey Allahın xüsusi inayətindəndir

Qurani-Kərimdə namazın adı 112 dəfə çəkilmişdir ki, onların 17-si gecə namazına aid olmuşdur.

Nafilə ibadətləri arasında gecə namazının yeri bir başqadır. Bu namaz başqalarına müstəhəb olduğu halda, Həzrət Peyğəmbərə (s) vacib edilmişdir. Bu da həmin namazın əhəmiyyətindən xəbər verir.

"Və gecənin bir hissəsini onun üçün - (yalnız) sənə əlavə bir vəzifə olan (Qur'an oxumaq və gecə nafiləsini qılmaq) üçün oyaq qal ki, bəlkə Rəbbin səni tərifə layiq bir məqama (şəfaət məqamına) qaldırsın". ("İsra" 79).

İmam Sadiq (ə) buyurur: "Gecə namazı simanı gözəl, əxlaqı yaxşı, iyi xoş, ruzini çox edər və borcun əda olmasına səbəb olar. Qəmi aradan aparar və gözləri cilalayar".

Bu hədis buyurur ki, gecə ibadətinin insan ruhuna və canına xüsusi təsiri vardır ki, başqa müstəhəb əməllərin bu qədər təsiri yoxdur.

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) Cəbrayilə (ə) buyurur: "Mənə nəsihət ver!".

Cəbrayil (ə) deyir: "Ya Muhəmməd (s)!

Hər nə qədər istəsən ömür sür - nəhayət öləcəksən.