Cismani və ruhani səcdənin fərqi nədədir?


Digərləri 23 Apr 2019 21:55:00 285 0

Cismani və ruhani səcdənin fərqi nədədir?

İnsan fitri olaraq pak xəlq olmuşdur. Ancaq şeytan (lən) ona hakim olduğu üçün yalana, böhtana, həsədə, kin-küdurətə, simicliyə və bu kimi rəzil sifətlərə düçar olar.

Son.az deyerler.org-a istinadən bildirir ki, Allah Təala insana bu rəzil sifətlərdən uzaq olmaq üçün yollar qoymuşdur. İnsan bu yolla gedərək, həm batini və həm də zahiri düşməninə qalib gələr bilər.

İbadət - bu yolları hamar edən əsil amildir. Onun özünəməxsus budaqları vardır. Bu budaqlarından biri də səcdədir.

Bəs səcdə nədir?

Səcdə - bəndənin Allah qarşısında özünü kiçik və aciz hesab edərək, müti halda əyilməsi və alnını torpağa qoymasıdır. Namazda məhz səcdə əməli insanın nə qədər müti olduğunu sübut edər. Səcdə edən insan, öz şüur və iradəsi ilə Allahı əzəmətli hesab edərək, özünü zəlil və xar görərək, Onun qarşısında əyilər və torpağa düşər. "(Öz Rəbbinə) səcdə et və Ona yaxın ol!". ("Ələq" 19).

Səcdəgah - o müqəddəs məkandır ki, bəndə ilə Allah orada bir-birinə yaxın olar və bəndə öz mənliyini Allah qarşısında alçaldar və kiçik edər. Allaha demək istəyər ki, Səndən başqa Məbudum yoxdur və səni səcdəyə və ibadətə layiq bildiyim üçün pərəstiş edirəm. Sən bunların hamısına layiqsən.

Məsumlarımız (ə) öz buyuruşlarında davamçılarını həmişə uzun səcdələr etməyə dəvət etmişdilər.