Plastik qablarda qida qızdırmaq olarmı?


Digərləri 23 Apr 2019 21:40:00 240 0

Plastik qablarda qida qızdırmaq olarmı?

Dünya Səhiyyə Təşkilatı, məişət əşyalarının tərkibində orqanizmə ziyanlı olan 800 kimyəvi maddənin adını açıqlayıb.

Son.az deyerler.org-a istinadən bildirir ki, onların əksəriyyətini plastik qabların tərkibində tapmaq olar. Tədqiqat nəticəsində məlum olmuşdur ki, mikrodalğalı sobada qızdırılan plastik qabların 95%-dən kimyəvi maddələr ayrılır. Qızdırılma zamanı zəhərli maddələr konteynerin divarından keçərək qidaya təsir edir.

Alimlərin nəzərinə görə, bu maddələr insanın endokrin sisteminə təsir edərək, autoimmun xəstəliklər, piylənmə, astma, diabet, sonsuzluq və xərçəng əmələ gətirir.