Alimlər ölmüş beyin hüceyrələrini bərpa etdilər


Digərləri 23 Apr 2019 21:35:00 220 0

Alimlər ölmüş beyin hüceyrələrini bərpa etdilər

Fransa universitetinin alimləri təhlükəli eksperiment həyata keçiriblər.   Son.az medicina.az-a istinadən bildirir ki, onlar öldükdən bir neçə saat sonra donuzların beyinlərində olan əsas hüceyrələrin aktivliyini bərpa etməyə nail olublar. Alimlərin sözlərinə görə, analoji yolla insult və beyin travmasından əziyyət çəkən insanları xilas etmək mümkün olacaq.   Ekspertlər bildirirlər ki, hələlik ölünün dirildilməsindən söhbət gedə bilməz. Amma "beyin ölüm"ünün qarşısını bu yolla almaq mümkün olacaq.

İndiyə qədər beyin aktivliyinin ilk bir neçə saniyə ərzində bərpa etmək və beyinin oksigenlə təhcizatını təmin etməyin həyat üçün vacib olduğu düşünülürdü. Amma alimlər donuzlarda beyin hüceyrələrinin aktivliyini və metabolizmini 4 saatdan sonra bərpa etməyə nail olublar.