Nazarbayev ağladı VİDEO


Dünya 23 Apr 2019 18:22:00 223 0

Nazarbayev ağladı  VİDEO

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev "Nur Otan" partiyasının növbədənkənar qurultayının sonunda göz yaşlarına hakim ola bilməyib.

Son.az bu barədə oxu.az-a istinadən xəbər verir.

Son çıxışı və Kasım-Jomart Tokayevin prezidentliyə namizədliyinin təsdiqlənməsi üçün keçirilən səsvermədən sonra Nazarbayev kövrəlib.

Qazaxıstana həsr olunmuş mahnını zümzümə edən prezident kameraların obyektivinə göz yaşlarını silən yerdə düşüb.

Zalda olanların hər biri ona dəstək olub, əllərini sıxaraq onu bağırlarına basıblar.