Canlı yayımda yanğın oldu


Digərləri 23 Apr 2019 17:41:00 193 0

Canlı yayımda yanğın oldu

"Star TV"də yayımlanan "Anneler ve Gelinler" proqramının çəkilişi zamanı yanğın baş verib. 

Son.az axşam.az-a istinadən bildirir ki, verilişin aparıcısı Ezgi Sertel həyəcandan nə edəcəyini bilməyib.  Aparıcı qonaqla söhbət edərkən yarışmaçılardan biri ocağı yandırıb. Qəfildən ocaqdan alov qalxıb.  Qorxan Ezgi dərhal mətbəxdən uzaqlaşıb. Həmin an aparıcının hündürdaban ayaqqabıları oturacaqdan asılı halda qalıb.