Almaniya-Cənubi Qafqaz parlamentlərarası dostluq qrupunun missiyası Azərbaycana səfər edəcək


Digərləri 23 Apr 2019 16:43:00 174 0

Almaniya-Cənubi Qafqaz parlamentlərarası dostluq qrupunun missiyası Azərbaycana səfər edəcək

Bu il mayın sonunda Almaniya-Cənubi Qafqaz parlamentlərarası dostluq qrupunun missiyası Azərbaycana səfər edəcək.

Bakı. Mətanət Nəsibova - Bu il mayın sonunda Almaniya-Cənubi Qafqaz parlamentlərarası dostluq qrupunun missiyası Azərbaycana səfər edəcək. Trend-in məlumatına görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab mətbuat konfransında deyib. Səfir bildirib ki, nümyəndə heyətinə Almaniya-Cənubi Qafqaz parlamentlərarası dostluq qrupunun sədri Yohannes Kars rəhbərlik edəcək. Səfirin sözlərinə görə, Almaniya Azərbaycan və Aİ arasında əlaqələrin gələcək inkişafına və intensivləşməsinə böyük önəm verir və bunu hərtərəfli dəstəkləyir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin