Afaq Məsudun kitabı Gürcüstanda təqdim olunub


Digərləri 23 Apr 2019 16:47:43 237 0

Afaq Məsudun kitabı Gürcüstanda təqdim olunub

Yaxın günlərdə tanınmış Azərbaycan yazıçısı Afaq Məsudun Tbilisidə gürcü dilində nəşr edilmiş “Azadlıq” kitabı Gürcüstan Yazıçılar Birliyində ölkənin ədəbi ictimaiyyətinə təqdim olunub.

Bakı. Yaxın günlərdə tanınmış Azərbaycan yazıçısı Afaq Məsudun Tbilisidə gürcü dilində nəşr edilmiş “Azadlıq” kitabı Gürcüstan Yazıçılar Birliyində ölkənin ədəbi ictimaiyyətinə təqdim olunub. Azərbaycan Dövlət Tərcümə Mərkəzindən Trend-ə verilən məlumata görə, Gürcüstanın “Melaniya” nəşriyyatı tərəfindən çap edilmiş kitaba yazıçının “Azadlıq” romanı, “Can üstə”, “İkinci İohan”, “Gecə”, “Sərçələr”, Dovşanın ölümü” kimi məşhur hekayələri daxil edilib. Tədbiri giriş sözü ilə açan Gürcüstan Yazıçılar Birliyinin sədri Bağater Arabuli Afaq Məsudun yaradıcılığı haqqında danışaraq, kitaba daxil edilmiş əsərlərin, ayrı-ayrılıqda həm mövzu, həm ədəbi üslub baxımından yüksək bədii dəyər daşıyıcısı olduğunu bildirib, kitabın redaktoru qismində aldığı təəssüratlarını bölüşərək, “Azadlıq” romanını müasir dünya ədəbiyyatının nadir incilərindən biri kimi dəyərləndirib.