Formula 1 yarışları ilə əlaqədar fasiləsiz elektrik enerjisi təchizatı tam təmin olunacaq


Digərləri 23 Apr 2019 14:58:01 275 0

Formula 1 yarışları ilə əlaqədar fasiləsiz elektrik enerjisi təchizatı tam təmin olunacaq

"Azərenerji" ASC və "Azərişıq" ASC tərəfindən 26-28 aprel 2019-cu il tarixlərində Bakı şəhərində keçiriləcək növbəti Formula 1 yarışları ilə əlaqədar fasiləsiz elektrik enerjisi təchizatı tam təmin olunacaq.

Bakı. "Azərenerji" ASC və "Azərişıq" ASC tərəfindən 26-28 aprel 2019-cu il tarixlərində Bakı şəhərində keçiriləcək növbəti Formula 1 yarışları ilə əlaqədar fasiləsiz elektrik enerjisi təchizatı tam təmin olunacaq. "Azərişıq" ASC-dən Trend-ə verilən məlumata görə, bu məqsədlə texniki tədbirlər görülərək hər iki ASC-nin Mərkəzi Aparatı və şöbələr üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib, yarana biləcək qəza hallarının operativ aradan qaldırılması məqsədi ilə xüsusi briqadalar yaradılıb.