Qar uçqununa düşən ikinci hərbi qulluqçumuzun meyiti tapıldı


Digərləri 23 Apr 2019 12:52:00 221 0

Qar uçqununa düşən ikinci hərbi qulluqçumuzun meyiti tapıldı

Məlumat verildiyi kimi, mart ayının əvvəllərində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2 hərbi qulluqçusu Daşkəsən rayonunda qar uçqununun baş verməsi nəticəsində itkin düşüb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ xilasediciləri qrupu tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində həmin hərbi qulluqçulardan ikincisi - əsgər Fərrux Fərman oğlu Məmmədovun meyiti bu gün səhər saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib.