“Azerbaijan Airlines” bort jurnalı nüfuzlu “Milli İrs” mükafatına layiq görülüb (FOTO)


Digərləri 23 Apr 2019 12:07:00 177 0

“Azerbaijan Airlines” bort jurnalı nüfuzlu “Milli İrs” mükafatına layiq görülüb (FOTO)

“Azərbaycan Hava Yolları”nın bort jurnalı (Azerbaijan Airlines In-Flight Magazine) Azərbaycanın mədəni irsinin təbliği işində xidmətlərinə görə Azərbaycan Mədəniyyət Nazirliyinin “Milli İrs” mükafatı ilə təltif olunub.

Bakı. “Azərbaycan Hava Yolları”nın bort jurnalı (Azerbaijan Airlines In-Flight Magazine) Azərbaycanın mədəni irsinin təbliği işində xidmətlərinə görə Azərbaycan Mədəniyyət Nazirliyinin “Milli İrs” mükafatı ilə təltif olunub. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mükafat “IRS Publishing House” nəşriyyatı tərəfindən hazırlanmış “İrs” silsiləsindən olan “Daş keşikçilər” kitabının təqdimat mərasimində təqdim olunub və Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr edilib.