Nazarbayevdən təklif:


Dünya 23 Apr 2019 11:59:00 221 0

Nazarbayevdən təklif:

Qazaxıstanın ilk Prezidenti, Nur Otan Partiyasının sədri Nursultan Nazarbayev iyunun 9-da keçiriləcək prezident seçkilərində hakim partiyadan Kasım-Jomart Tokayevin namizədliyinin irəli sürülməsini təklif edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, N.Nazarbayev partiyanın XIX növbədənkənar qurultayında K.Tokayevi çoxdan tanıdığını, onunla uzun illərdir birgə işlədiyini bildirib: "Hesab edirəm ki, o, ən layiqli namizəddir".