“Gənc DOST” proqramına qoşulan könüllülər gələcəkdə “DOST” mərkəzlərinin əməkdaşları olacaqlar (FOTO)


Digərləri 23 Apr 2019 11:15:00 152 0

“Gənc DOST” proqramına qoşulan könüllülər gələcəkdə  “DOST” mərkəzlərinin əməkdaşları olacaqlar (FOTO)

“DOST” mərkəzlərində gənclərin könüllü iştirakının təmin olunması bu mərkəzlərin fəaliyyətində mühüm yer tutacaq.

Bakı. “DOST” mərkəzlərində gənclərin könüllü iştirakının təmin olunması bu mərkəzlərin fəaliyyətində mühüm yer tutacaq. “Gənc DOST” proqramına qoşularaq bu mərkəzlərdə öz dəstəyini göstərəcək könüllülər həm də “sosial agent”, “sosial işçi” kimi hazırlanacaq və açılan növbəti mərkəzlərdə işə qəbul olunacaqlar. Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.