Lotu Quli milyarder çıxdı: ən varlı azərbaycanlı "lotu"lar


Digərləri 23 Apr 2019 10:34:00 219 0

Lotu Quli milyarder çıxdı: ən varlı azərbaycanlı "lotu"lar

Rusiyanın Daxili İşlər Nazirliyi (Dİ) ən aktiv "qanuni oğru"ların siyahısını açıqlayıb.

Son.az bildirir ki, siyahıda 432 nəfərin adı var.

Onların 318 nəfəri azadlıqdadır. 114 "qanuni oğru" həbsdə, 31 nəfər - istintaqda, 19 nəfər axtarışdadır.

"Qanuni oğru"ların sayına görə Rusiyada "lider" mövqeni gürcülər tuturlar. Belə ki, 242 gürcü "qanuni oğru" var. İkinxi yerdə 41 "oğru" ilə ruslar, 3-cü yerdə 30 nəfərlə ermənilər, 4-cü yerdə 26 nəfərlə yezidi kürdlər, 5-ci yerdə 16 "oğru" ilə azərbaycanlılardır.

Rusiyadakı məşhur "qanuni oğru"lar arasında 10 abxaz, 8 çeçen, 7 yəhudi var.

Rusiya ilə yanaşı, Ukraynanın DİN-i ən nüfuzlu və təhlükəli "qanuni oğru" qismində "Quli" ləqəbli Nadir Səlifovu görürlər.

Məşhur azərbaycanlı "lotular" arasında lider "Lotu Quli" ləqəbli Nadir Səlifovdur.

Siyahıda onun qardaşı, "Namiq Bakinski" ləqəbli Namiq Səlifov da var.