Sürücülük vəsiqələrinin dəyişdirilməsi və digər rüsum ödənişləri ilə bağlı


Digərləri 23 Apr 2019 10:17:00 287 0

Sürücülük vəsiqələrinin dəyişdirilməsi və digər rüsum ödənişləri ilə bağlı

Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin rüsum ödənişləri "ASAN ödəniş" sisteminə inteqrasiya olunub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bundan sonra vətəndaşlar şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, avtomobillər üçün dövlət qeydiyyat nişanlarının alınması, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi və s. növ xidmətlər müqabilində nəzərdə tutulmuş dövlət rüsumlarını "ASAN ödəniş" sistemi vasitəsilə həyata keçirə bilərlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün ərizələrin qəbul olunması, Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazələrin verilməsinə görə və başqa xidmətlər üzrə Dövlət Miqrasiya Xidmətinin rüsum ödənişlərini "ASAN ödəniş" sistemi vasitəsilə ödəyə bilərlər.