Çox yaşamaq istəyirsiniz?..


Digərləri 22 Apr 2019 22:58:00 199 0

Çox yaşamaq istəyirsiniz?..

Brazilyalı onkoloq Paulo Ubiratan sağlam həyat tərzi barədə yerli mətbuata verdiyi müsahibədən sonra dünyada böyük populyarlıq qazanıb.

Son.az xəbər verir ki, internet ulduzu olan həkimin yanına indi məsləhət üçün dünyanın hər yerindən minlərlə insan gəlir. Bəs Ubiratan öz açıqlamasında nə demişdi? Onu dünyaya tanıdan hansı fikirləri olmuşdu? Oxucuları həkimin əsas tezisləri ilə tanış edirik.

- Alkoqol istehlakını məhdudlaşdırmaq lazımdır?

- Ümumiyyətlə, hə. Amma unutmayın ki, hər bir şərab üzümdən, pivə dənli bitkilərdən hazırlanır. Distillə edilmiş şərab o deməkdir ki, maye giləmeyvələrdən çəkilir, bunun sayəsində onlar orqanizmə daha böyük fayda verəcək, nəinki meyvələri xam şəkildə yemək. Odur ki, özünüzü tamamilə məhdudlaşdırmayın.

- Sağlamlığımız qaydasındadırsa və gənc yaşdayıqsa, səhhətimizi necə qoruyaq?

- Mənim fəlsəfəm belədir: Əgər heç bir yerimiz ağrımırsa, xüsusi heç nə etməyin. İdman orqanizmə heç bir təsir göstərmir, əksinə idmanla peşəkar səviyyədə məşğul olmaq ona zərər verir. Əldə edilən tək amil həcmi artırılmış bədən əzələləridir.