İntihara cəhd kişiyə baha başa gəldi 93 min dollar ödəyəcək


Digərləri 22 Apr 2019 22:17:00 218 0

İntihara cəhd kişiyə baha başa gəldi  93 min dollar ödəyəcək

ABŞ-da həkimlər intihara cəhd edən Oliver Jordan adlı kişinin həyatını xilas edə biliblər. Həkimlərin səyləri nəticəsində kişi 8 gün koma vəziyyətində qaldıqdan sonra özünə gəldi.

Xəstəxanadan çıxanda Oliver 93 min dorrarlıq hesab alıb. Həkimlər Jordanın "xilas"ını məhz belə qiymətləndiriblər. Bu məbləğə 6 min dollarlıq dərmanlar, 10 min dollarlıq xəstəxanada qalmaq xərci və həmçinin həkimlərin iş haqqı daxil idi. Oliver bu məbləğın bir hissəsini sığorta hesabına ödəyə bilsə də, bundan sonra da onun xəstəxanaya xeyli borcu qalıb.

Son.az saglamolun.az-a istinadən bildirir ki, bu hadisə haqqında New York Post nəşri yazıb. Oliver müxbirlərlə söhbətdə "ABŞ-da intiharın çox baha başa gəldiyini" sarkazmla qeyd edib.