Alimlər açıqladı İtlər saqqallı kişilərdən daha təmizdir


Digərləri 22 Apr 2019 21:56:00 237 0

Alimlər açıqladı  İtlər saqqallı kişilərdən daha təmizdir

İsveçrəli alimlər yeni tədqiqatın nəticələrini açıqlayıblar.

Son.az ölkə.az-a istinadən bildirir ki, araşdırmaya əsasən, kişilərin saqqalında olan bakteriyaların itlərdə olan bakteriyalardan daha  çoxdur.

Araşdırma zamanı əslində alimlər kişilərə saqqal vasitəsilə itlərdən virus keçib-keçmədiyini araşdırıblar. Bu zaman isə nəticələr alimləri şoka salıb. Məlum olub ki, kişilərin saqqalında köpək tüklərinə nisbətən bakteriya miqdarı daha çoxdur. 30 itin boynundan və 18 kişinin saqqalından alınan nümunələr müqayisə edilib. 18-76 yaş arası kişilərin hamısında bakteriya miqdarının yüksək olduğu üzə çıxıb. İtlərin isə sadəcə 20 faizində bakteriya miqdarı yüksəkdir. Digər itlərdə isə bu miqdar orta və aşağı səviyyədə olub.