Azərbaycanda xüsusi polis yaradılacaq?


Digərləri 22 Apr 2019 21:10:00 264 0

Azərbaycanda xüsusi polis yaradılacaq?

İnformasiya-kommunikasiya texnologiayalarının (İKT) inkişafı, qloballaşmanın daha geniş sahələri əhatə etməsi ilə cinayətkarlığın yeni növləri meydana çıxır və ya "təkmilləşir". Hakerlik, internet cinayətkarlığı, kibercinayətkarlıq kimi terminlər modern kriminal aləmin açar sözlərinə çevrilib.

Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, hər il təxminən 1,5 milyondan çox insan internet cinayətkarlığın qurbanı olur. Törədilən kibercinayətlər nəticəsində dəymiş ümumi ziyan isə 1 milyard ABŞ dollarını ötür. Məsələn, təkcə Koreya Xalq Demokratik Respublikasından (KXDR) olan hakerlər 2017-ci ilin yanvarından 2018-ci ilin sentyabrınadək kiber cinayətkarlıq yolu ilə 600 milyon dollara yaxın pul, o cümlədən kriptovalyuta oğurlayıblar.

Azərbaycanda Silahlı Qüvvələrin yeni növü yaradılmalıdır Bu baxımdan cinayətkarlığın çağdaş formalarının əhatə dairəsinin artması, insanlara və dövlətlərə geniş miqyasda maddi-texniki zərər vurması dövlət, bank, nəqliyyat idarəçiliyinin, informasiya və milli təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsini, xüsusi müdafiə tədbirlərinin görülməsini zəruri edir.

Bunu nəzərə alaraq bəzi dövlətlərdə kibercinayətkarlığa qarşı müxtəlif adlar altında xüsusi dövlət və təhlükəsizlik qurumları, internet və ya kiber polis orqanları yaradılır.

Belə ki, ölkələrin rəqəmsal iqtisadiyyatının sürətli inkişafı onlar üçün eyni zamanda müəyyən risk və təhlükələri də artırır. Məlumatların oğurlanması, sabotaj, şəxsi şəbəkələrə qanunsuz müdaxilə, kibercasusluq kimi təhlükələr fərdlərə, şirkətlərə, dövlətlərə və milli təhlükəsizliyə də təhdidlər yaradır.

Yarım milyon dollarlıq dələduzluqla bağlı bankdan AÇIQLAMA - YENİLƏNİB  Bütün bunların qarşısını almaq və müvafiq təhlükəsizliyi təmin etmək üçün milli kibertəhlükəsizlik, kommunikasiya, informasiya texnologiyaları (İT), həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarından və ya bu sahədəki peşəkar mütəxəssislərdən ibarət internet-polislər və ya kiberpolislər yaradılır.

Zaman-zaman Azərbaycanda da yerli mediada internetlə bank hesablarından oğurluq və digər kiber cinayətkarlıq hadisələrinin törədilməsi ilə bağlı məlumatlara rast gəlirik. O zaman məntiqi sual doğur: Azərbaycanda da xüsusi polis növünün -  KİPERPOLİSin yaradılmasına ehtiyac varmı? Azərbaycanda İT sahəsində tanınmış mütəxəssis, bu sahədə fəaliyyət göstərən şirkətlərdən birinin direktoru Rəşad Qafarzadə bildirib ki, hazırda ölkədə bu sahədə vəziyyət elədir ki, burada təkcə kiberpolisin yaradılması çıxış yolu deyil:

Bakıdan Paşinyana sərt mesaj - Əks təqdirdə anlaşmağa çalışan soyadlar dəyişə bilər  "Azərbaycanda dövlət qurumlarının vebsaytlarının və məlumatlarının qorunmasına Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) nəzarət edir. Onların peşəkarlığına şübhəm olmasa da, düşünürəm ki, dövlət qurumlarının əksəriyyətinin veb səhifələri dəyişməli və günün tələblərinə uyğun proqramlaşdırma dillərində, təhlükəsizlik qaydalarına uyğun saytlar hazırlanmalıdır. O zaman həmin saytlara ən xırda hücumların da qarşısı rahat alınar.

Kiberpolisin işi isə bank və bankomatlarda kart hesablarından pulların, həmçinin sosial şəbəkələrdə hesabların oğurlanması halları yaranarsa, dövlət orqanlarının saytlarına hücumlar olub fəaliyyətləri dayandırılarsa və ya ora başqa məlumatlar yerləşdirilərsə, yaxud başqa kiber cinayətkarlıq faktları olarsa, onların araşdırılması, cinayətkarın tapılması, fərdlərə və qurumlara tövsiyyələrin verməsi və qaydalar tətbiq edilməsi üçün fəaliyyət göstərməlidir.


Xəbərə aid fotolar