20 ən yaxşı smartfon açıqlandı


Digərləri 22 Apr 2019 20:44:00 177 0

20 ən yaxşı smartfon açıqlandı

"Business Insider" nəşri hazırda əlçatan olan və ya yaxın aylarda satışa çıxarılacaq 20 ən yaxşı smartfonun adını açıqlayıb.

Son.az "ICTnews"a istinadən xəbər verir ki, analitiklərin fikrincə, "OnePlus 6T" qurğusu ən yaxşı smartfondur.

Bu cihaz bütün müasir funksiyalara, həmçinin simsiz enerjidoldurma texnologiyasına, yaxşı kameraya malikdir və su keçirmir, ancaq qiyməti eyni funksiya ilə təchiz edilmiş cihazların əksəriyyətindən xeyli aşağıdır.

"Samsung" şirkəti tərəfindən bu yaxınlarda təqdim edilmiş "Galaxy S10e" smartfonu ikinci yeri tutub. Sözügedən cihaz əla ekran, barmaq izi datçikilə təchiz edilib və qiyməti qabaqcıl "Galaxy S10" aparatından ucuzdur.

ABŞ-ın "Apple" şirkətinin "iPhone XR" cihazı üçüncü yerdə qərarlaşıb. Nəşrin müəlliflərinin sözlərinə görə, bu smartfon daha aşağı təsvir ölçülü maye kristal ekrandan başqa "iPhone XS" cihazından heç nə ilə fərqlənmir, amma qiyməti bahadır.