İnsanlığın ölmədiyini sübut edən şəxs


Dünya 22 Apr 2019 20:29:00 243 0

İnsanlığın ölmədiyini sübut edən şəxs

İsveçdəki türk əsilli taksi sürücüsü Ömər Təməl pul kisəsi və bank kartlarını evdə qoyan isveçli müştərisinə hava limanında kredit kartını verib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, bu xəbər yayıldıqdan sonra Ömər İsveçdə qəhrəmana çevrilib. "Dagens Nyheter" qəzeti xəbəri manşetdə verdikdən sonra sosial şəbəkədə Təməl qəhrəman elan edilib.

Hadisəni Təməl belə danışıb:

"Cümə axşamı səhər saat 06:00-da Krister Östlund adlı isveçli müştərini hava limanına apardım. Hava limanına yaxınlaşanda müştəri təşvişə düşdü. Pul kisəsini və bank kartlarını evdə qoyduğunu dedi. İki günlük iş səyahəti var idi. Taksi üçün ödənişi sonra verə biləcəyini dedim və getdiyi ölkədə xərcləri üçün bank kartımı təklif etdim. Təklifimi eşidib dondu. İnanmadı və "Həqiqətən də ilk dəfə taksinə minən bir şəxsə güvənərək kartını və kodunu verə bilərsənmi"- deyə soruşdu. Mən də müsbət cavab verdim.


Xəbərə aid fotolar