AccessBank kompensasiyaların ödənişinə başlayıb


Digərləri 22 Apr 2019 18:27:36 158 0

AccessBank kompensasiyaların ödənişinə başlayıb

Ödənişlərin operativ qaydada həyata keçirilməsi üçün filiallara müvafiq təlimat verilib.

Bakı. Prezident İlham Əliyev tərəfindən imzalanan "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanın icrası ilə əlaqədar olaraq aprelin 22-dən etibarən AccessBank müştərilərinə kompensasiyaların ödənişinə başlayıb. "AccessBank"dan Trend-ə verilən məlumata görə, ödənişlərin operativ qaydada həyata keçirilməsi üçün filiallara müvafiq təlimat verilib. Bundan başqa, müştərilərin vaxt itkisi ilə üzləşməməsi üçün onlar öncədən SMS vasitəsilə məlumatlandırılır. Ünvanlanan SMS-də müştərilərin yaxınlaşmalı olduğu filial və tarix barədə məlumat yer alıb.