Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq müsabiqədə qalib olub (FOTO)


Digərləri 22 Apr 2019 16:14:00 200 0

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq müsabiqədə qalib olub (FOTO)

“Oş - Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində Oş şəhər Milli Dram Teatrında böyük Qala - konsert keçirilib.

Bakı. “Oş - Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində Oş şəhər Milli Dram Teatrında böyük Qala - konsert keçirilib. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, qonaqları Oş şəhərinin meri Taalaybek Sarıbaşov salamlayıb, qədim Oş şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı tədbirlərə qatıldıqları üçün qonaqlara minnətdarlıq edib, türkdilli dövlətlər arasında əməkdaşlığın daha da dərinləşdirilməsi, müxtəlif sahələrdə birgə proqram və layihələrin həyata keçirilməsinin vacibliyindən söhbət açıb. Konsertdə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulov, “Oş-Türk dünyasının mədəniyyət paytaxtı” tədbirlərinə dəvət olunan nümayəndə heyətləri, türkdilli dövlətlərin rəqs kollektivləri o cümlədən Azərbaycan ifaçıları fəal iştirak edib.