Unibank müştərilərinə kompensasiyaların verilməsinə başlanılıb


Digərləri 22 Apr 2019 16:01:18 243 0

Unibank müştərilərinə kompensasiyaların verilməsinə başlanılıb

İlk müştərilər artıq kompensasiya məbləğini əldə ediblər.

Bakı. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının icrası ilə əlaqədar olaraq, bu gün Unibank müştərilərinə kompensasiyaların ödənişinə başlanılıb. "Unibank"dan Trend-ə verilən məlumata görə, ilk müştərilər artıq kompensasiya məbləğini əldə ediblər. Kompensasiyaların müştərilərə daha rahat və operativ şəkildə verilməsi üçün Unibank filialları bu gündən etibarən gücləndirilmiş iş rejiminə keçib. Filialların iş saatları bu həftə ərzində 1-5-ci günlər saat 20:00-dək, şənbə günü 18:00-dək uzadılıb.