Qazaxda avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrılıb


Digərləri 22 Apr 2019 16:05:18 228 0

Qazaxda avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrılıb

Prezident İlham Əliyev Qazax rayonunun Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bakı. Prezident İlham Əliyev Qazax rayonunun Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, 13 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun tikintisi məqsədilə Azərbaycanın 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin