"Regional İnkişaf" İctimai Birliyi üzünü it parçalayan uşağın bundan sonrakı müalicəsinə dəstək göstərəcək


Digərləri 22 Apr 2019 14:36:00 226 0

"Regional İnkişaf" İctimai Birliyi üzünü it parçalayan uşağın bundan sonrakı müalicəsinə dəstək göstərəcək

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) nümayəndələri bu gün 1 saylı Klinik Xəstəxanada olaraq, Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan 4 yaşlı uşaq - 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna baş çəkiblər.

Son.az xəbər verir ki, RİİB-dən Trend-ə verilən məlumata görə, xəsarət alan uşağın bundan sonrakı müalicəsində, eyni zamanda üz nahiyəsində müəyyən əməliyyatlara ehtiyac olduğu halda RİİB tərəfdən dəstək göstəriləcəyi bildirilib.

Xatırladaq ki, küçədə itin hücumuna məruz qalan H.Məmişov yanaq nahiyəsindən xəsarət alıb.