Üzünü it parçalayan uşağın atası: "Şəhərin mərkəzi, Bulvar ərazisi küçə itləri ilə doludursa, görün ətraf qəsəbələrdə vəziyyət necədir"


Digərləri 22 Apr 2019 13:57:00 235 0

Üzünü it parçalayan uşağın atası: "Şəhərin mərkəzi, Bulvar ərazisi küçə itləri ilə doludursa, görün ətraf qəsəbələrdə vəziyyət necədir"

Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan 2015-ci il təvəllüdlü Hüseyn Məmişovun atası Qismət Məmişov övladının həyatı ilə bağlı narahatlığını bildirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Q.Məmişov deyib ki, həkimlərin sözlərinə görə, həyati təhlükənin sovuşması üçün 40 gün lazımdır:

Hazırda uşağın vəziyyəti stabildir. Amma heç kim qərar vermir ki, uşaq sağala bilər, yaxud onda quduzlaşma yaranar. Mən həkimləri də qınamıram. Müalicəni, iynə-dərmanlarını edirlər, ümid Allahadır".

Q.Məmişov küçə itləri ilə bağlı müvafiq qurumlara çağırış edib:

"Bir valideyn kimi tələb edirəm ki, itlərlə bağlı tədbir görülsün. Vətəndaşlar küçələrdəki itlərin əlindən rahat şəkildə gəzə bilmirlər. Əgər mən avtomatı götürüb o itləri vursam, məni terrorçu elan edəcəklər. Şəhərin mərkəzi, Bulvar ərazisi küçə itlərilə doludursa, görün ətraf qəsəbələrdə vəziyyət necədir. Bunların qarşısını almaq lazımdır. Uşaqlarımız yazıqdır, mən neçə gündür ürəkağrısı tapmışam".