Yenə YAĞIŞ YAĞACAQ


Digərləri 22 Apr 2019 13:07:00 182 0

Yenə YAĞIŞ YAĞACAQ

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, aprelin 23-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. 

Gecə yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Gündüz hava dəyişkən buludlu olacaq. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə Abşeron yarımadasında 5-7, gündüz 10-13, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti təşkil edəcək.