Heydər Əliyev Mərkəzində "Oxu günü" keçirilib


Digərləri 22 Apr 2019 11:31:00 235 0

Heydər Əliyev Mərkəzində "Oxu günü" keçirilib

Heydər Əliyev Mərkəzinin parkında ənənəvi olaraq təşkil edilən "Oxu günü" keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbir Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, "Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Gənclər Fondunun və "Hədəf Nəşrləri"nin tərəfdaşlığı ilə reallaşıb.

"Gəlin birgə oxuyaq!" şüarı altında keçirilən "Oxu günü"nün məqsədi yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılmasıdır.

Tədbirdə paytaxtın müxtəlif ümumtəhsil məktəblərinin və liseylərinin şagirdləri təqdimatlarla çıxış ediblər. Müxtəlif dram əsərlərindən səhnələr, tamaşalar təqdim olunub, ustad dərsləri, interaktiv yarışlar keçirilib. Üç saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin bədii kollektivinin iştirakı ilə musiqili proqram təqdim olunub.