Azərbaycanın ən iri qaz yatağından hasilat həcmləri açıqlanıb


Digərləri 22 Apr 2019 11:36:45 251 0

Azərbaycanın ən iri qaz yatağından hasilat həcmləri açıqlanıb

Bu günədək "Şahdəniz" yatağından 104,2 milyard kubmetr qaz və 25,1 milyon ton kondensat hasil edilib

Bakı. Mətanət Nəsibova - Bu günədək "Şahdəniz" yatağından 104,2 milyard kubmetr qaz və 25,1 milyon ton kondensat hasil edilib. Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov SOCAR-ın 4-cü "Downstream Xəzər və Mərkəzi Asiya - treydinq, logistika, neft emalı və neft-kimya" beynəlxalq forumunda deyib. Nazir bildirib ki, bu ilin yanvar-mart aylarında ölkədə qaz hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 25,1 faiz artaraq 9,1 milyard kubmetr təşkil edib. Qaz ixracı isə 26,6 faiz artaraq 3,2 milyard kubmetrə bərabər olub.