Nazirlik Sabirabadda körpə ölümü ilə bağlı:


Digərləri 22 Apr 2019 11:09:00 183 0

Nazirlik Sabirabadda körpə ölümü ilə bağlı:

Səhiyyə Nazirliyi Sabirabad Perinatal Mərkəzində İmişli rayon sakini Mürsəlova Nurdan Telman qızının yenidoğulan körpəsinin həkim səhlənkarlığı nəticəsində ölməsi ilə bağlı iddialara münasibət bildirib.

Son.az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ölümlə bağlı məhkəmə tibbi ekspertizanın verdiyi rəydən sonra hüquq-mühafizə orqanları işi araşdıracaqlar:

"Bu barədə məlumatı da onlar verməlidirlər. Əgər həkim səhlənkarlığı varsa, həkim məhkəmə qarşısında cavab verəcək".