BU MÜƏLLİMLƏR yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər


Digərləri 22 Apr 2019 08:07:00 224 0

BU MÜƏLLİMLƏR yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər

Orta məktəblərdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər yayda keçirilən yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, yerdəyişmə müsabiqəsində yalnız daimi əsaslarla işləyən müəllimlər iştirak edə bilərlər.

Nazirlik rəsmisi bildirib ki, orta məktəblərdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlərin müddətsiz əmək müqaviləsi ilə işləməsi üçün apreldə müsabiqə keçiriləcək. Bu müsabiqədə yalnız işlədiyi məktəbdə əmək müqaviləsinin daimiləşməsini istəyən müəllimlər iştirak edə bilərlər. Hazırda müddətli müqavilə ilə işləyən, lakin iş yerini dəyişərək başqa müəssisədə işləmək istəyən müəllimlər yalnız müsabiqədə iştirak edərək vakant yer üzrə yenidən işə qəbul oluna bilərlər.

E.Bağırov əlavə edib ki, bu il müddətli müqavilə ilə işləyən müəllimlərin müqavilələrinin daimiləşdirilməsi üçün apreldə keçiriləcək müsahibədən uğurla keçən namizədlər gələn tədris ilinin əvvəlindən daimi əsaslarla işə qəbul ediləcəklər. Buna görə də həmin müəllimlər bu il keçiriləcək yerdəyişmə müsabiqəsində iştirak edə bilməyəcəklər.