ABŞda təyyarə qəzaya uğrayıb, ölən var


Dünya 22 Apr 2019 07:48:00 207 0

ABŞda təyyarə qəzaya uğrayıb, ölən var

ABŞ-ın Texas ştatında kiçik təyyarə qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 2 nəfər ölüb. Llano dairəsinin şerif ofisinin məlumatına görə, xilasetmə xidmətinə təyayrənin qəzaya uğraması ilə bağlı zəng 14:27-də daxil olub. Qəza "Şirli Uilyams" aeroportunda baş verib.