Erkən ölümün riski bu insanlarda daha çoxdur


Digərləri 21 Apr 2019 22:44:00 223 0

Erkən ölümün riski bu insanlarda daha çoxdur

Normal vəziyyətdə (həyəcanlamayan zaman) ürəyi dəqiqədə 75 dəfə döyünən kişilərdə erkən ölüm riski iki dəfə yüksək olur.

Son.az saglamolun.az-a istinadən bildirir ki, MedicalXpress nəşrində dərc olunmuş məlumata görə, isveçrəli alimlər belə bir nəticəyə gəlib.

1993-cü ildə başlanılmış tədqiqatlarda 798 nəfər iştirak edib (onların hər biri 1943-cü ildə dünyaya gəlib). Həyat tərzi barədə anketi doldurarkən könüllülər keçirdikləri stress səviyyəsini və ailə şəcərəsində ürək-damar xəstəlikləri ilə bağlı tarixçəni göstərib.

Könüllülər tibbi müayinədən keçirilib və nəticəyə əsasən, dörd qrupa bölünüb: ürək döyüntüsü dəqiqədə 55 dəfədən az olan, 56-65 dəfə olan, 66-75 dəfə olan və 75 dəfədən çox olanlar.