Görmə qabiliyyətini yaxşılaşdıran 4 inqrediyentdən ibarət sadə


Digərləri 21 Apr 2019 22:40:00 233 0

Görmə qabiliyyətini yaxşılaşdıran 4 inqrediyentdən ibarət sadə

Görmə qabiliyyətiniz zəifləyibsə, dərhal müalicəyə başlamaq lazımdır, gecikdirmək olmaz.

Son.az xəbər verir ki, görmə qabiliyyətini yaxşılaşdıran təbii və təhlükəsiz təbii vasitələr mövcuddur. Bu yazıda oxucuları görmə qabiliyyətini yaxşılaşdıran 4 inqrediyentlərdən ibarət sadə reseptlə tanış etmişik.

İlk olaraq görmə qabiliyyətinin pisləşməsinin səbəblərinə baxaq:

İrsən;

Pis işıqlandırılmış otaqda mütaliə;

Kontakt linzalarla yatmaq;

Televizorun ekranına çox yaxın oturmaq;

Həddən artıq süni işıqlar: televizor, mobil telefon, kompüter və s;

Sarımsağın gözə faydaları

Bu reseptin əsas inqrediyenti sarımsaqdır. Çünki o, gözləri qoruyur, yaşla bağlı əmələ gələn makula degenerasiyasını və görmə problemlərini aradan qaldırır. Sarımsaq qan dövranını yaxşılaşdırır. O antioksidantlarla zəngindir.

Yüksək qan təzyiqi görmə qabiliyyətini pisləşdirir. Sarımsaq isə təzyiqə nəzarət etməyə kömək edir.

Amma sarımsağın görmə qabiliyyətini yaxşılaşdıran başqa xassələri də var. Məsələn, sarımsaq pis xolesterinə nəzarət edir. "Massachusetts Eye and Ear" tədqiqat qrupu və Harvard Tibb Məktəbinin apardığı araşdırmada məlum olub ki, pis xolesterin səviyyəsinin azalması degenerasiya inkişafı riskini azaltmağa kömək edə bilər.

Araşdırmada makula degenerasiyası olan 23 nəfər iştirak edib. Onlar xolesterin səviyyəsini azaldan dozada preparat qəbul edib.

Xəstələrdə xolesterin səviyyəsinin azalması ilə bərabər tor qişasının altında olan yağlı çöküntülərin itməsi də müşahidə olunub.

Göz xəstəliklərinin müalicəsi üçün sarımsaqdan necə istifadə etməliyik?