İradə İbrahimova toy şəkillərini paylaşıb ərindən danışdı FOTO


Şou-biznes 21 Apr 2019 01:30:00 1116 0

İradə İbrahimova toy şəkillərini paylaşıb ərindən danışdı  FOTO

"19.04.2009 anamı-atamı çox duyğulandıran və qürurlandıran tarix... Atam qəhərlənib ağladığında anamın "Ayıbdı, nə ağlayırsan" deyər kimi atamı yavaşca dirsəyi ilə dürtməyini heç unutmuram. Mənə tökdüyü göz yaşlarıyla ən böyük xoşbəxtliyin hüzur və gözəl ailə olduğunu qəlbimə pıçıldamışdı sanki. Allah bütün ölənlərə rəhmət eləsin".

Son.az xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan müğənni İradə İbrahimova instaqramda yazıb. O, həyat yoldaşı ilə evlilik ildönümünü xatırladıb və şəkillərini paylaşıb:

"Atalar nə gözəl deyib, məcburi gözəllik olmaz. Sevgi, bağlılıq, hüzur, sevinc, istək, darıxmaq, ehtiras, dostluq, bölüşmək və hörmətin 4 mövsüm hava şərtlərinə dayanmaq gücü yoxdursa, iki könül bir olmaz. Yaxşı gündə, pis gündə, mənfəətsiz, səmimi, içdən, plansız, təmənnasız yaşadığımız hər günümüzə halal olsun, bəyim.


Xəbərə aid fotolar